Logo

BDU-nun əməkdaşları Təhsil Nazirliyinin təşkil etdiyi “Əcnəbilərin cəlbinin təşviqi” təlimlərində iştirak edib

16.07.2021 15:23 387 baxış
IMG

2021-ci il 14 iyul tarixində Bakı Dövlət Universitetinin Xarici tələbələrlə iş şöbəsinin əməkdaşları Leyla Əbilova və Əli-Əşrəf Rəcəbli Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Xəzər Universitetində “Əcnəbilərin cəlbinin təşviqi” mövzusunda keçirilən təlimlərdə iştirak ediblər.

 

Tehsil.biz xəbər verir ki, təlimlər  Azərbaycanda ali təhsil müəssisələrinin saytı, marketinq, reytinqlər, təhsil sərgiləri və portalları üzrə əsas istiqamətləri əhatə edib.

 

Təlimlərdə internet üzərindən işin təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin əcnəbilər üçün məlumat mənbəyi olan internet səhifələrinin tərtibi metodologiyası haqqında biliklərin dərinləşdirilməsi, Fəaliyyət Planının və hesabat formalarının, təqdimatlarının hazırlamaq bacarıqlarının təkmilləşdirilməsi sahəsində biliklər əldə olunub.

Xəbər lenti