Dövlət Proqramının icra istiqamətlərindən biri olan xaricdə doktorantura təhsili, “2019-2023-cü illər üçün xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respubilkası vətəndaşlarının seçim Qaydaları”nın tələblərinə uyğun olaraq, dünyanın top 500 universitetində 7 prioritet ixtisas istiqamətləri (kənd təsərrüfatı, təbiət, texniki və texnoloji, səhiyyə və rifah, iqtisadiyyat və idarəetmə, təhsil, humanitar və sosial ixtisaslar istiqamətləri) üzrə təhsil almaq hüququ qazanmış doktorantlar üçün ildə 2 dəfə qəbul həyata keçirilir. Nəzərinizə çatdırırıq ki, Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün 2021-ci il payız semestri üzrə sənəd qəbulu başlamış və son müraciət tarixi 31 iyul 2021-ci il olaraq müəyyən olunmuşdur (əlavə məlumat dp.edu.az səhifəsində əldə oluna bilər).