Logo

Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının növbəti iclası keçirilib

16.07.2021 17:11 646 baxış
IMG

İyulun 16-da Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Fizika-riyaziyyat və texnika elmləri üzrə problem şurasının növbəti iclası keçirilib.

 

İnformasiya Texnologiyaları İnstitutundan Tehsil.biz-ə bildirilib ki, onlayn iclasda problem şurasının üzvləri, elmlər doktoru və fəlsəfə doktoru hazırlığı üzrə dissertasiya mövzularının təsdiqi üçün müraciət edən iddiaçılar, eləcə də həmin dissertasiya işləri üzrə elmi məsləhətçilər və rəhbərlər iştirak ediblər.

 

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

 

Sonra R.Əliquliyev 18 elmlər və 65 fəlsəfə doktoru hazırlığı üzrə daxil olmuş dissertasiya mövzularını təqdim edib.

 

Hər bir mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, iddiaçılar problem şurası üzvlərinin suallarını cavablandırıblar.

 

Sonda dissertasiya mövzuları ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti