Logo

Dövlət Proqramı məzunu RTŞ əməkdaşlarına təlim keçib

16.07.2021 17:43 379 baxış
IMG

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“nın məzunu tərəfindən rayon (şəhər) təhsil şöbələrinin əməkdaşlarına təlim keçirilib. 

 

Tehsil.biz bildirir ki,təlimçi sözügedən proqram çərçivəsində Niderland Krallığının “Maastricht School of Management” ali təhsil müəssisəsində “Biznesin idarəedilməsi” ixtisası üzrə magistratura təhsili almış Şahin İsmayılbəyli olub. 

 

Yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün keçirilən onlayn təlim “İşgüzar yazışmalar” mövzusuna həsr edilib. 

 

Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan müxtəlif rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları iştirak edib. Təlimdə işgüzar yazışmaların aparılması, sənədləşmə, korporativ elektron poçtlardan istifadə qaydası və digər məsələlərə dair məlumatlar paylaşılıb.

Xəbər lenti