Logo

AZTU “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa başlayır

16.07.2021 17:46 463 baxış
IMG

 Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Hədəf Nəşrləri” MMC-nin baş direktoru Şamil Sadiqlə görüşüb. Rektor AzTU-da görülən işlər barədə qonağa məlumat verib. Qeyd edib ki, universitet “Hədəf Nəşrləri” MMC ilə əməkdaşlığa önəm verir.

 

Tehsil.biz-in xəbərinə görə, Şəmil Sadiq I ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər üçün AzTU-da “Açıq qapı” günlərinin təşkili, mühəndislik peşəsinə marağı olan yuxarı sinif şagirdlərin texniki biliklərinin artırılması ilə bağlı kursların keçirilməsini təklif edib. Bildirib ki, rəhbərlik etdiyi şirkətin 10  tədris filialı var. Sözügedən filiallarda I və II ixtisas qrupları üzrə hazırlaşan abituriyentlərin AzTU-ya marağı nəzərə alınaraq yaxın günlərdə rektor Vilayət Vəliyev onlarla onlayn görüşünün təşkil olunması məqsədəuyğun olar.

 

Qeyd edək ki, yaxın günlərdə AzTU ilə “Hədəf Nəşrləri” MMC arasında əməkdaşlıq müqaviəsi imzalanacaq.

Xəbər lenti