Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində məzunlara diplomlar təqdim edilib

16.07.2021 18:25 494 baxış
IMG

15.07.2021-ci il tarixdə  Qəbələ Dövlət Peşə Təhsil Mərkəzini bitirən məzunlara diplomların təqdimatı ilə əlaqədar tədbir keçirilmişdir.

 Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Mərkəzin direktoru Qalib Nəbiyev məzunları təhsillərini bitirdikləri üçün təbrik etmiş, ölkədə peşə təhsili istiqamətində həyata keçirilən proqramlar, mərkəzin ötən tədris ilində qazandığı təcrübə və əməkdaşlıqlarla bağlı geniş məlumat vermiş, xalqımızın Vətən müharibəsində şanlı qələbəsindən, müharibədə təhsil mərkəzinin müəllim və tələbələrinin iştirakından, müzəffər ordumuzun qəhrəmanlıqlarından bəhs etmişdir. Çıxış edən məzunlar  gənclər üçün yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Sonda məzunlara diplomlar təqdim edilmişdir. Tədbir mövcud karantin qaydalarına uyğun olaraq açıq havada və müvafiq qaydalara əməl olunmaqla təşkil edilmişdir.

Xəbər lenti