Logo

Dekorativ - tətbiqi sənət dərnəyinə start verilib

16.07.2021 19:22 449 baxış
IMG

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Dekorativ - tətbiqi sənət (Sanama tikiş növü üzrə) dərnəyinə start verilib.


Bu sahəyə marağı nəzərə alaraq, Təhsil Mərkəzi tərəfindən dərnək ödənişsiz şəkildə həyata  keçirilir. İki ay davam edəcək dərnəkdə iştirakçılar Dekorativ - tətbiqi sənədin incəliklərini öyrənəcəklər. 

 

Dərnəyə iyirmiyədək gənc qoşulub və dərnəyi uğurla bitirənlər sertifikatla təltif ediləcək. 

 

Həmçinin yekunda iştirakçıların əl işlərindən ibarət sərgi təşkil ediləcəyi planlaşdırılır.

Xəbər lenti