Logo

Daşqınlara səbəb Aydır? – Alimlər açıqladı

16.07.2021 21:46 86 baxış
IMG

NASA və Havay Universitetinin alimləri Ayın orbitində baş verəcək dəyişikliklərin yaxın on ildə Yer üzündə rekord daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

 

Alimlərin araşdırmasının nəticələri “Nature Climate Change” jurnalında nəşr olunub.

 

Tədqiqatçılar 2030-cu illərdə ABŞ-ın sahil şəhərlərindəki daşqınların daha da pis ola biləcəyini qeyd ediblər. Buna Ayın “yellənməsi” səbəb olacaq. Alimlər daşqınların infrastruktura ciddi ziyan vura biləcəyini də istisna etməyiblər.

 

Qeyd edək ki, iyul ayında yağan güclü yağışlar Qərbi Avropada son 20 ilin ən böyük daşqınlarına səbəb olub.

Xəbər lenti