Logo

“WorldSkills Asia 2021” bacarıq yarışlarında Azərbaycanı təmsil edəcək gənclərin qeydiyyatı aparılır

17.07.2021 13:07 469 baxış
IMG

“WorldSkills Azerbaijan” platforması ölkəmizi kibertəhlükəsizlik istiqaməti üzrə “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsini davam etdirir.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, yarışlarda Azərbaycanı təmsil etmək istəyən 25 yaşadək gənclər iyulun 21-nə kimi qeydiyyatdan keçə bilərlər.

 

Ən yaxşı nəticə göstərən iki namizəd iyulun 28-31-də “WorldSkills Asia” tərəfindən təşkil ediləcək kibertəhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ qazanacaq. Onlayn formatda təşkil ediləcək yarışlara 26 ölkənin təmsilçiləri qatılacaq.

 

Xatırladaq ki, “WorldSkills Azerbaijan” peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Xəbər lenti