Logo

SABAH məzunu magistr təhsilini ikili diplom proqroqramı üzrə alacaq

17.07.2021 14:53 511 baxış
IMG

SABAH qrupları Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimliyi ixtisası üzrə 2019-cu il məzunu Nigar Altayzadə 2021/2022-ci tədris il üçün magistratura pilləsinə Azərbaycan Dövlət Pedaqoji Universitet və Corc Vaşinqton Universitetinin (The George Washington University) ikili diplom proqroqramı “Təhsil və insan kapitalinin inkişafi və təhsilin idarə edilməsi” ixtisası üzrə qəbul olub.

 

Məlumat üçün bildirək ki, Nigar Altayzadə SABAH məzunlarının nəşr etdiyi "Dərs Nümunələri" kitabının müəlliflərindən biri, 2019/2020-ci illərdə Avropa Həmrəylik Korpusunun iştirakçısı (Latviyada könüllü-müəllim işləyib), ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunmuş "Karyera Məsləhətçilərinin Peşəkər İnkişaf Kursu"nun məzunu olub. 

 

Hazırda üzərində çalışdığı "The Altayzade" iş və təhsil konsultasiya brendinin yaradıcısıdır və Azərbaycan Britaniya Kollecində (ABC - Azerbaijan British College) assistent müəllim işləyir.

Xəbər lenti