Logo

BDU əlavə təhsil (təkrar ali təhsil) almaq üçün tələbə qəbulu elan edir

17.07.2021 15:31 1255 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Dövlət Universiteti 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil (təkrar ali təhsil) almaq üçün tələbə qəbulu elan edir.

 

1. Beynəlxalq münasibətlər

2. Coğrafiya

3. Ekologiya

4. Filologiya (Azərbaycan dili və ədəbiyyatı)

5. Geologiya

6. Hüquqşünaslıq

7. İqtisadiyyat

8. Kompüter elmləri

9. Psixologiya

10. Tarix

 

Əlavə təhsil (təkrar ali təhsil) yalnız ödənişli əsaslarla, qi­yabi təhsilalma forması üzrə müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Bakı Dövlət Universiteti publik hüquqi şəxs arasında bağ­lanılmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə təhsil müva­fiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqram­larındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq nəzərə alınmaqla, xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.

 

Əlavə təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

- rektorun adına ərizə;

 

- ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;

 

- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;

 

- sağlamlıq haqqında arayış;

 

- şəxsiyyət vəsiqəsinin surəti.

 

Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

 

Sənədlər 2021-ci il iyulun 9-dan avqustun 10-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək əsas binada (249 nömrəli otaqda) qəbul edilir.

 

Əlavə təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsabiqə təşkil edilir. Müsabiqəni uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.

 

Tədris Azərbaycan və rus dillərindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.

 

Ünvan- AZ-1148, Bakı şəhəri, aka­demik Zahid Xəlilov küçəsi 23.

 

Telefon- (012) 539-06-86.

 

Elektron poçt: [email protected]

Xəbər lenti