Logo

Rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib

17.07.2021 17:37 553 baxış
IMG

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə I siniflərinə müəllim seçiminin vaxtı dəyişdirilib. 

 

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil nazirliyindən bildirilib.

 

Belə ki, 19 iyul 2021-ci il tarixi qeyri-iş gününə təsadüf etdiyinə görə, sözügedən I siniflər üzrə qəbul edilmiş uşaqlar üçün müəllim seçimini 26 iyul 2021-ci il tarixindən etmək mümkün olacaq.

Xəbər lenti