Bakı şəhəri 156 nömrəli tam orta məktəbin direktoru Maqsud Heydərov dünyasını dəyişib.
Bu barədə Tehsil.biz-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov tərəfindən məlumat verilib.
Bildirilib ki, direktor 62 yaşında vəfat edib.
Qeyd edək ki, M. Heydərov 2004-cü ildən 2012-ci ilədək Bakı şəhəri üzrə xüsusi əyani-qiyabi tam orta məktəbin, 2012-ci ildən 326 nömrəli tam orta məktəbin, 2017-ci ildən 156 nömrəli tam orta məktəbin direktoru olub.
Allah rəhmət eləsin!