Logo

ADU-nun rektoru şəhid ailəsinə qurban payı göndərib

20.07.2021 14:19 593 baxış
IMG

Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla şəhid ailəsinə qurban payı göndərib. 

 

Müqəddəs Qurban bayramı münasibətilə universitetin əməkdaşları Biləsuvar rayonunun Çaylı kəndində şəhid Elməddin Babayevin atası Cəfərqulu Babayevlə, eləcə də ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib, rektorun təbriklərini, xoş arzularını çatdırıb. 

 

Qeyd edək ki, Azərbaycan Dillər Universiteti (ADU) Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş gizir Babayev Elməddin Cəfərqulu oğlunun övladlarını himayəyə götürüb. 

Xəbər lenti