Logo

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

20.07.2021 16:14 184 baxış
IMG

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Qurban bayramı münasibətilə paylaşım edib.

 

AZƏRTAC paylaşımı təqdim edir:

 

“Əziz həmvətənlər! Sizi və bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində sizin bütün xoş arzu və niyyətlərinizlə həmrəy olduğumu bildirir, hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, gözəl əhval-ruhiyyə və bol sevincli anlar arzulayıram. Allah bütün dualarınızı və qurbanlarınızı qəbul etsin, bütün insanlara sağlıq və səadət, hər bir ölkəyə sülh, əmin-amanlıq və xoş günlər bəxş etsin! Xalqımızın Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarının xatirəsini ehtiramla yad edir, onların doğmalarına və yaxınlarına səbir diləyirəm. Uca Tanrı hər zaman dünyamızı qorusun!”

 

Xəbər lenti