Logo

243 saylı məktəbin kollektivi Prezident İlham Əliyevə müraciət edib

04.11.2020 10:35 587 baxış
IMG

“Pirallahı rayonu 243 nömrəli tam orta məktəbin bütün kollektivi adından Sizə bu məktubu ünvanlayaraq bildiririk ki, biz bu tarixi günlərdə Sizinləyik.

 

Sizin Azərbaycan xalqı qarşısında etdiyiniz qələbə müjdəli çıxışlarınızı xüsusi sevinc və qürurla dinləyirik. Bu gün cəbhə xəttindəki gərgin döyüşlər, şanlı ordumuzun yenilməz döyüş taktikası ilə irəliləməsi biz təhsil işçilərini çox sevindirir. Bizə yaşatdığınız sevinc hisslərinə görə Sizə dərin minnətdarlığımızı bildiririk və Sizi əmin etmək istəyirik ki, vətən torpaqlarımızın işğaldan azad edilməsi uğurunda gedən döyüşlərdə əmr verdiyiniz halda hər birimiz iştirak etməyə tam hazırıq. Tanrı Sizi və şanlı Azərbaycan Ordusunu qorusun! Qarabağ Azərbaycandır! Qələbə bizimdir!”

 

Bu fikirləri Bakının Pirallahı rayonundan Pirallahı rayonu 243 nömrəli tam orta məktəbin kollektivi adından Alməmmədova İlhamə Prezident İlham Əliyevə ünvanladığı müraciətdə qeyd edib.

Xəbər lenti