Logo

Biləsuvarda məktəbli çayda boğuldu

21.07.2021 09:30 1006 baxış
IMG

Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.


"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.


Belə ki, Bolqarçayda çimən məktəblilərdən biri, Biləsuvar şəhər sakini, 2006-cı il təvəllüdlü Məmmədov Fərid Seymur oğlu boğularaq ölüb.

 

Mərhum 10 yaşlı əmisi oğlunun boğulmasını görüb və onu suyun dayaz hissəsinə çıxarıb. Lakin özü yorulduğundan çayda boğulub.


Qeyd edək ki, orta məktəbin 9-cu sinfini bitirən F. Məmmədli ailənin tək oğul övladı olub.

Xəbər lenti