Logo

“Leyli və Məcnun” kitabının təqdimatı Ukrayna mətbuatında

21.07.2021 15:14 521 baxış
IMG

Ukraynanın aparıcı kütləvi informasiya vasitələri – Ukrayna Ali Radasının rəsmi mətbuat orqanı “Qolos Ukrainu”, “Biznes revyu”, “Ukrainskiy interes”, “Den” qəzetləri, “Kyiv Diplomatik” və Ukrayna Milli Ədəbiyyat Muzeyinin rəsmi portalları dahi Azərbaycan şairi Nizami Gəncəvinin Ukraynada işıq üzü görmüş “Leyli və Məcnun” kitabının təqdimat mərasimi ilə bağlı geniş informasiyalar yerləşdirib.

 

Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, ölkədə elan olunmuş “Nizami İli” ilə əlaqədar Ukraynanın zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında çap olunmuş kitab bu yaxınlarda Ukrayna Milli Ədəbiyyat Muzeyində ədəbi ictimaiyyətə təqdim olunmuşdu.

 

Azərtac

Xəbər lenti