Logo

Çində əriyən buzlaqlardan elmə məlum olmayan qədim viruslar aşkarlanıb

22.07.2021 08:05 460 baxış
IMG

Çinin Tibet yaylasında alimlər ərimiş buzlaqlardan indiyədək naməlum olan qədim virus növləri aşkar edib.

 

Tehsil.biz-in məlumatına görə, ABŞ-ın Ohayo Universitetinin bioloqları Tibetdən 2015-ci ildə götürülmüş 15 min illik buzlaq nümunələrindən 33 fərqli virusun genetik kodunu müəyyənləşdirib.

 

Qeyd olunur ki, bu viruslardan dördü əvvəllər məlum olub, 29-u isə tamamilə yeni, bu günədək elmə məlum olmayan viruslardır.

 

Mütəxəssislər hesab edir ki, buzlaqlar əridikcə bu cür viruslar aşkar olunmaqda davam edəcək.

 

Trend.az

Xəbər lenti