Logo

Ali məktəblərə qəbul olmaq üçün 11 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

22.07.2021 11:09 508 baxış
IMG

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.

 

Bu barədəDövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 10:45-ə olan məlumata görə, 11 min 567 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Xəbər lenti