Logo

BANM-in məzunu 8 xarici universitetə tam təqaüdlü təhsil şansı qazanıb

22.07.2021 14:26 473 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının daha bir məzunu Ayişə Məhərrəmova müraciət etdiyi xarici ali məktəblərdən 8-nin magistratura pilləsinə qəbul olub.

 

Həmin ali məktəblər Almaniya, Macarıstan, Çexiya, Finlandiya, Fransa, Belçika və İtaliyanın məşhur universitetləridir. Ayişə Məhərrəmova həmçinin Eramus Mundus proqramlarından 3 – nə magistratura pilləsində təhsil almaq haqqı qazanıb.  BANM məzunu Ayişə Məhərrəmova həmin universitetlərin bir çoxunda ödənişsiz və ya tam təqaüdlə təhsil ala bilər.

 

Ayişə Məhərrəmova Alman Akademik Mübadilə Xidməti - DAAD “Master for all disciplines” üzrə tam təqaüdlü təhsilini Hamburg şəhərində “Hamburg University of Technology” (TUHH) universitetində davam etdirmək qərarı verib. 

 

Qeyd edək ki, Ayişə Məhərrəmova bu il Azərbaycan üzrə 437 müraciətçi arasından DAAD təqaüdünə layiq görülmüş 23 nəfərdən biridir.

 

Ayişə Məhərrəmova 2016-c ildə DIM tərəfindən keçirilmiş qəbul imtahanından 661 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 94.75 ilə fərqlənmə diplomu ilə məzun olub.

Xəbər lenti