Logo

Azərbaycan Texniki Universitetində Kitabxana-İnformasiya Mərkəzi yaradılacaq

22.07.2021 14:47 434 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) müasir, rəqəmsal texnologiyalarla idarə olunan, yüksək təminatlı, ənənəvi və elektron formatda fəaliyyət göstərəcək Kitabxana-İnformasiya Mərkəzi yaradılacaq.

 

Bu barədə Elmi şuranın növbəti onlayn iclasında qərar qəbul edilib.

 

AzTU-dan bildirilib ki, iclasda rektor Vilayət Vəliyevin 2020-2021-ci tədris ilində universitetin fəaliyyəti ilə bağlı hesabatı dinlənilib və qəbul edilib, həmçinin qarşıda duran məsələlər barədə məlumat verilib.

 

İclasda 2021-2022-ci tədris ili üçün akademik təqvim planı və Elmi şuranın iş planı da təsdiq olunub.

Xəbər lenti