Logo

Azərbaycanlı alimlərin monoqrafiyası beynəlxalq nəşriyyatda işıq üzü görüb

22.07.2021 18:40 372 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə laboratoriyasının rəhbəri professor Kamil Mənsimov və institutun elmlər doktoru hazırlığı üzrə dissertantı, Bakı Dövlət Universitetinin dosenti Səadət Əliyevanın həmmüəllifi olduqları “Paylanmış və sərhəd idarəetməli 2-D diskret sistemlərində optimal idarələr” adlı monoqrafiya beynəlxalq “LAP LAMBERT Academic Publishing” nəşriyyatında çap olunub.

 

AMEA-dan bildiriblər ki, monoqrafiya özünü Qursa-Darbu sistemlərinin diskret analoqu kimi təqdim edən 2-D sistemləri ilə təsvir olunan bir sinif diskret optimal idarəetmə məsələlərinin tədqiqinə həsr edilib. Baxılan məsələlərdə optimallıq üçün müxtəlif birinci və ikinci tərtib zəruri və kafi şərtlər tapılıb. Həmçinin ümumi qeyri-xətti halda optimallıq üçün Krotov tipli kafi şərtdə alınıb.

 

Monoqrafiya optimal idarəetmənin keyfiyyət nəzəriyyəsi, xüsusilə diskret optimal idarəetmə məsələləri ilə məşğul olan tədqiqatçılar üçün faydalıdır.

Xəbər lenti