Logo

Yay məktəbi iştirakçıları üçün ekskursiya təşkil olunub

22.07.2021 20:58 412 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin ilk günündə iştirakçılar üçün ekskursiya təşkil olunub.

 

Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində məktəb iştirakçıları ADAU-nun yeni istifadəyə verilmiş tədris korpusu və auditoriyaları ilə tanış olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Binada bütün zəruri infrastruktur qurulub.

 

Yay məktəbi iştirakçıları Azərbaycan Xalq Cumhuriyyəti muzeyi ilə tanış olublar. Burda məktəb iştirakçılarına tarixi və maddi mədəniyyət örnəkləri, arxeoloji tapıntılar, silahlar, numizmatika nümunələri, rəsm əsərləri, xalça və xalça məmulatı, bədii tikmələr, dulus və mis qablar, bəzək əşyaları və digər sənət əsərləri nümayiş olunub.


Sonra qonaqlar Xan bağı mədəniyyət və istirahət parkında gəzintiyə çıxıblar.

Xəbər lenti