Logo

Təhsil naziri bu universitetin rektorunu təltif edib - FOTO

23.07.2021 10:38 1057 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanı universitetin 30 illik yubileyi münasibətilə və yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə döş nişanı ilə təltif edib.

 

Tehsil.biz xəbər verir ki, nazir bu barədə müvafiq əmr imzalayıb.

 

30 yaşını 30 ildən sonrakı qələbə sevinci ilə qeyd edən Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub. Ölkədə özəl ali təhsilin bünövrəsini qoyan universitet 30 il ərzində daşıdığı yüksək ada daim layiq olmaya çalışıb, təhsil sahəsində müasir çağırışlara cavab verən zəngin ənənələrə imza atıb.

 

Səadət Əliyeva universitetə 2017-ci ildən rəhbərlik edir. Beynəlxalq İkili Diplom Proqramının tətbiqi, “Keyfiyyət İdarəetmə Sistemi” sertifikatının əldə olunması, iş dünyasının tələb və öncəlikləri nəzərə alınmaqla qəbul aparılan ixtisas sayının artırılması, tələbə qəbulunun kəmiyyət və keyfiyyət göstəricilərinin yüksəldilməsi, xarici akademik mühitə çıxış əldə edən tələbə sayının artırılması, beynəlxalq elmi əməkdaşlığın inkişaf etdirilməsi, elmi tədqiqatın təşkili sahəsində məqsədyönlü fəaliyyətin nəticəsi olaraq elmmetrik bazada ilk üçlükdə yer almaq kimi ciddi uğurlara imza atılması son beş ildə görülən işlərin sadəcə bir qismidir. Ciddi strategiyalar üzərində işləyən Azərbaycan Universiteti məqsəd və hədəflərinə çatmaq, yeni uğurlara imza atmaq, Azərbaycan elminin və təhsilinin qarşısında duran vəzifələrə töhfə vermək yolunda inamla irəliləyir.

 

Xəbər lenti