Logo

Şəhid Zakir Cəfərovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçiriləcək

23.07.2021 14:03 468 baxış
IMG

24 iyul 2021-ci il tarixdə saat 10:00-da Odlar Yurdu Universitetinin həyətində, açıq havada Odlar Yurdu Universitetinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Ağ Top" Şahmat Klubunun birgə təşkilatçılığı ilə şəhid Zakir Cəfərovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçiriləcək. 

 

Tehsil.biz xəbər verir ki, qaliblər diplom və medal ilə təltif olunacaqlar. 

 

Ümumi yarışda ilk 3 yeri tutan şahmatçılara pul mükafatı təqdim olunacaq. 


I YER  50 AZN
II YER 30 AZN
III YER 20 AZN

 

Yarışda 17 yaşadək hər bir şahmatçı iştirak edə bilər 

 

Əvvəlcədən qeydiyyatdan keçmək mütləqdir 
Turnirdə iştirak etmək  istəyən 17 yaşadək şahmatçılar elanın rəy bölməsində və ya mesaj bölməsində ad, soyad, təvəllüdünü və əlaqə nömrəsini yazaraq qeydiyyatdan keçmiş sayılırlar.

Xəbər lenti