Logo

Yay məktəbi iştirakları Nizami Gəncəvi yaradıcılığında aqrar motivlər mövzusunda mühazirə dinləyib

23.07.2021 14:13 434 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin ikinci günündə iştirakçılar Nizami məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər.


Burda onlara Nizami Gəncəvi yaradıcılığı, şairin dünyada məşhur "Xəmsə"si haqqında ətraflı məlumat verilib.


Həmçinin, yay məktəbi iştirakçılarına gənc alim Elnur Həsən tərəfindən ADAU-nun 2 sayılı Tələbə evinin akt zalında "Nizami Gəncəvinin yaradıcılığında aqrar motivlər" mövzusunda mühazirə söylənilib.

Xəbər lenti