Logo

AzMİU-nun məzunu dünyanın ən yaxşı - Top 500 Universiteti siyahısına daxil olan universitetdən tam təqaüd alıb

23.07.2021 14:22 502 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin  (AzMİU) Mexanika və informasiya texnologiyaları fakültəsinin məzunu, eyni zamanda universitetin  İKT mərkəzinin əməkdaşı Laura Nəbiyeva dünyanın ən yaxşı - Top 500 Universiteti siyahısına daxil olan Beijing Institute of Technology-dən tam təqaüd (full scholarship) alıb.

 

Ölkə miqyaslı bu xoş xəbəri bölüşərkən bir məsələni vurğulamaq yerinə düşərdi ki, mühəndislik (computer science and technology) istiqamətində xarici universitetlərdən təqaüd alan azərbaycanlı tələbələrin sayı inanılmaz nisbətdə azlıq təşkil edir.

 

Qeyd edək ki, Laura daha əvvəl də Flex proqramı vasitəsilə bir il müddətində ABŞ-da təhsil alıb.

 

Xəbər lenti