Logo

Azərbaycan Universitetinin məzunu İrfan Davudov Malayziyaya səfir təyin olunub

23.07.2021 16:58 1549 baxış
IMG

Azərbaycan Universitetinin məzunu İrfan Şakir oğlu Davudov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Tehsil.biz xəbər verir ki, İrfan Davudov ali təhsilin hər iki pilləsini Azərbaycan Universitetində bitirib.

 

O, 1995-ci ildə Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, 1999-cu ildə isə həmin ixtisas üzrə magistr dərəcəsi alıb.

 

Uzun illərdir diplomatik xidmət orqanlarında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Rumıniya Səfirliyində müşavir olub.

Xəbər lenti