Logo

Bakı Ali Neft Məktəbinin startap layihəsi beynəlxalq müsabiqədə finala çıxdı

04.11.2020 12:06 468 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Biofactant” startap layihəsi Çin Neft Universitetinin “Sahibkarlıq və İnnovasiya” müsabiqəsində finala seçilən innovativ layihələrdən biri olub. “Biofactant” startap layihəsi növbəti mərhələdə dünya universitetlərindən finala vəsiqə qazanmış digər layihələrlə yarışacaq.

 

Layihənin əsas məqsədi işlənmiş bitki yağlarından sintez yolu ilə ekoloji təmiz səthi aktiv maddələrin alınmasıdır.

 

Layihənin inkişaf rəhbəri İnnovasiya və Tədqiqatlar Mərkəzinin layihə meneceri Elmar Əsgərzadədir. Sözügedən layihədə Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının tələbələri Güllü Hüseynli, Afaq Həşimli və Natiq Babayev iştirak edirlər.

 

Layihə BANM-in laboratoriyalarında reallaşdırılacaq.

 

Çin Neft Universitetinin “Sahibkarlıq və İnnovasiya” müsabiqəsinə ümumilikdə 400 layihə seçilir ki, bunların arasında 100 layihə finala vəsiqə qazanır. Çin Təhsil Nazirliyinin ev sahibliyi etdiyi yarışma 2015-ci ildən keçirilir. Ötən il 4.57 milyon universitet tələbəsi 1.09 milyon yenilikçi layihə ilə yarışmaya imza atıb.

 

Müsabiqədə 124 ölkədən təxminən 4000 kollec və universitet təmsil olunur, 1000-dən çox investor, müəssisə və beynəlxalq təşkilat qalib və yenilikçi layihələrə dəstək üçün cəlb olunur.

 

Təşkilat Komitəsi tərəfindən qaliblərə mükafat sertifikatı təqdim edilir, onlara investisiya və inkubatorların tapılmasında dəstək göstərilir.

Xəbər lenti