Logo

Xəzər Universitetinin strateji inkişaf məsələləri müzakirə edilib

23.07.2021 17:26 516 baxış
IMG

Xəzər Universitetində strateji inkişaf məsələlərinə həsr olunmuş görüş keçirilib.

 

Bu barədə universitetdən məlumat verilib. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı cari məsələlər haqqında danışıb. Şuranın üzvü Aygün Qardiner və Şura sədrinin müşaviri Aytən İsayeva Xəzər Universitetinin marketinq, maliyyə və mühasibat strategiyası mövzusunda çıxış ediblər.

 

Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev universitetdə mövcud olan vakansiyalar haqqında danışıb.

 

Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı dosent Səidə Şərifova Xəzər Universitetinin tədqiqat məsələlərindən, magistratura və doktorantura tələbələrinin tədqiqata cəlb olunmasından bəhs edib.

 

Universitetin rektoru dosent İradə Xəlilova ikili diplom proqramları ilə əlaqədar görülən işlər haqqında məlumat verib. Universitetin Asiya, Sakit okean və Afrika Ölkələri Araşdırmaları İnstitutunun direktoru Vlad Verniqora jurnalların beynəlxalq miqyaslı platformalar ilə əlaqələndirməsinə aid təkliflər irəli sürüb.

Xəbər lenti