Logo

Ölkəmiz beynəlxalq inteqrasiya prosesində uğurla iştirak edir

23.07.2021 20:21 973 baxış
IMG

Bu həqiqətdir ki, Azərbaycan Respublikası xarici siyasətdə çox böyük uğurlara imza atmışdır və atmaqda davam edir.

 

Hər birimizə məlumdur ki, Azərbaycan Respublikasının müstəqil siyasət yürütməyə başlaması və xarici uğurlarını artıraraq inkişaf etməsi, Ulu Öndərimiz Heydər Əliyevin dövründən başlayır.

 

İndi isə Ulu Öndərimizin davamçısı sayılan Cənab Prezidentimiz İlham Əliyevin sayəsində bu proses layiqincə davam etdirilir.

 

Biz Azərbaycan Respublikasının xarici siyasətindəki uğurlarına bir çox misallar gətirə bilərik. Məsələn, Azərbaycan Respublikası ikinci Vətən müharibəsində hərbi güclə yanaşı, mükəmməl şəkildə də diplomatik savaş sərgiləyərək ölkəmizin gücünü bir daha bütün dünyaya sübut etmişdir.

 

Bundan əlavə qeyd edə bilərik ki, ölkəmiz beynəlxalq inteqrasiya prosesində uğurla iştirak edir.

 

Əlavə olaraq ölkəmiz bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu isə dövlətimizin dünyada daha da yaxından tanınmasına gətirib çıxarır.

 

Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişləri əsasında ölkəmiz günbəgün tərəqiyyə doğru irəliləyir, biz fəal gənclər isə hər zaman öz dövlətimizə layiqincə xidmət etmək, beynəlxalq çərçivədə ölkəmizi tanıtmaq üçün əlimizdən gələni hər zaman edəcəyik.

 

Babaşov Əhmədağa

ADPU üzrə MOİC səfiri

Xəbər lenti