Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 21 azərbaycanlı 2021-2022-ci tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.
Müvafiq sazişə əsasən, seçim barədə Çin Xalq Respublikası tərəfindən verilən yekun qərar nəticəsində 21 nəfər bu ölkənin “Beijing Institute of Technology”, “Shanghai University”, “Peking University”, “Xi'an Jiaotong University”, “Tsingua University” kimi ali təhsil müəssisələrində kompüter elmləri, beynəlxalq münasibətlər, təhsil, iqtisadiyyat və idarəetmə ixtisasları üzrə bakalavriat (5 nəfər), magistratura (12 nəfər) və doktorantura (4 nəfər) səviyyələrində təhsil almaq hüququ qazanıb.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan 11 dekabr 2020-ci il tarixində verilib.