Logo

SABAH məzunlarından SABAH tələbələri üçün xüsusi təqaüd

04.11.2020 12:09 505 baxış
IMG

SABAH məzunlarından ibarət "Təbəssüm" komandası Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  xüsusi ehtiyacı olan istedadlı SABAH tələbələrinə təqaüd qazanmaq imkanı yaradıb. 


Tələbələrin seçimi 2 mərhələ (onlayn müraciət və onlayn müsahibə) üzrə aparılıb. BDU-nun tələbələri Xatirə Baloğlanova, Leyla Mirzəyeva, Simarə Məmmədova və ADNSU-nun tələbəsi Musa Cahangirzadə  təqaüd qazanmaq imkanı əldə edib. 


Bundan əlavə, SABAH məzunları cəbhə bölgəsində yaşayan, ADNSU-nun "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisası üzrə təhsil alan SABAH tələbəsi Elbrus Ağayevin ixtisası üzrə əlavə təhsil xərclərini qarşılamağı da öz üzərlərinə götürüblər. 

Xəbər lenti