Logo

Beynəlxalq biologiya olimpiadasından 4 medal

24.07.2021 11:19 208 baxış
IMG

18-23 iyul 2021-ci il tarixlərində Portuqaliya tərəfindən onlayn şəkildə 32-ci Beynəlxalq Biologiya Olimpiadası (IBO2021) təşkil edilib. 

 

76 ölkədən 296 şagirdin iştirak etdiyi elm yarışında Azərbaycanı təmsil edən 4 məktəblimiz uğurlu nəticə göstərib. Belə ki, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mətin Muradlı və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ranal Qurbanov qızıl, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Kimya-biologiya təmayüllü liseyin XI sinif şagirdi Sədiyar Qafarov və Bakı şəhəri 2 nömrəli texniki-humanitar liseyin X sinif şagirdi Aytac Vəliyeva bürünc medala layiq görülüb. 

 

Qalib olan şagirdlər Təhsil Nazirliyi tərəfindən yaradılmış beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridir. 

Xəbər lenti