Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları Qəbələ rayonuna səfər edib.
İki günlük səfərin məqsədi rayonun tarixi-mədəni obyektləri, təbiəti ilə yanaşı aparıcı aqrar-sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmaqdır.
Səfərin birinci günü tələbələr Qəbələ Arxeoloji Mərkəzində, Nic kəndində yerləşən Müqəddəs Yelisey adına Cotari Kilsəsində və digər yerlərdə olublar. Burda onlara Azərbaycanın dünyada bir tolerantlıq nümunəsi, qədim tarixə, zəngin mədəniyyətə və təbiətə malik olduğu bildirilib.