Logo

"ADBTİA PUBG Mobile" çempionatı yekunlaşıb

25.07.2021 13:35 738 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “İdman menecmenti” magistr proqramının tələbələri tərəfindən təşkil olunan "İdman idarəçiliyi və Olimpiya hərəkatı" fənni çərçivəsində onlayn "ADBTİA PUBG Mobile" çempionatı yekunlaşıb.


Tehsil.biz xəbər verir ki, keçirilən kiberidman turnirində 64 komanda (256 fərdi oyunçu) iştirak edib.


Qalib komandalara Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Kiberidman Federasiyası tərəfindən sertifikatlar verilib. Həmçinin ilk 3 yeri tutmuş komandalar mükafat fondundan əlavə " Meshque  " yerli idman brendindən və "Go Sport" mağazalar şəbəkəsindən müxtəlif hədiyyələr əldə ediblər.

Xəbər lenti