Logo

Yay məktəbinin iştirakçıları Qəbələ rayonunun aparıcı aqrar-sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olublar - FOTOLAR

26.07.2021 09:49 660 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün keçirilən “Sabahın kənd təsərrüfatı” yay məktəbinin iştirakçıları Qəbələ rayonuna səfərin ikinci günündə rayonun aparıcı aqrar-sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olublar.


Tehsil.biz xəbər verir ki, iştirakçılar “Gilan Holdinq”in Ətlik-Südlük Heyvandarlıq Kompleksində, Gilan Qida Şəhərciyində və Südçülük təsərrüfatında olublar.

 

Heyvandarlıq komplekslərində yemləmə, bəslənmə, sağım prosesi, laboratoriya analizləri və digər sahələrlə tanış olan iştirakçılar bütövlükdə ölkəmizdə rəqabətədavamlı aqrar-sənaye müəssisələrinin inkişaf etdiyini qeyd ediblər.
 

Səfər Mingəçevir şəhərində axşam gəzintisi ilə yekunlaşıb.

 

 

 

 

 

 

 

Xəbər lenti