Logo

Mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlar davam etdirilir

26.07.2021 12:17 555 baxış
IMG

Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Mühəndislik Universiteti və “2019-2023 Dövlət Proqramı”nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlar davam etdirilir.

 

Tehsil.biz xəbər verir ki, növbəti vebinar “Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri” mövzusunda keçirilib.

 

Vebinarda spiker qismində “Mott MacDonald” şirkətində inşaat mühəndisi kimi çalışan Arzu İmanlı çıxış edib. Arzu İmanlı təqdimatında təhsil və karyera, inşaat mühəndisliyinin sahələri və tələbələrə məsləhətlər kimi mövzuları əhatə edib.

 

Spiker inşaat mühəndisliyi ixtisası üzrə aldığı təhsil haqqında məlumat verdikdən sonra karyera pillələri barədə çıxış edib. Peşəkar şirkətlərdə təcrübə keçən Arzu İmanlı inşaat mühəndisinin ixtisasın nəzəri hissəsini bilməsi ilə yanaşı, praktik tətbiqi prosesində iştirak etməsinin mühümlüyünü də vurğulayıb.

Xəbər lenti