Logo

BANM-in tələbələri “Greentech" yay məktəbində

27.07.2021 09:03 523 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) 3 tələbəsi Qobustan Hibrid Elektrik Stansiyasında keçirilən “Greentech" Yay məktəbində iştirak edib. Onlar Afaq Həşimova, Taliyə Məmmədhəsənzadə və Ayşən Zülfiyevadır.  Bu layihəyə onlayn qoşulmaq üçün yüzdən çox tələbə qeydiyyatdan keçib. 

 

Yay məktəbi Azərbaycanın Energetika Nazirliyinin, "BP" və "Masdar" ilə birgə əməkdaşlığı nəticəsində təşkil olunub. İki gün müddətində müxtəlif universitet və dövlət qurumlarından gələn tələbə və əməkdaşlar bərpaolunan enerji qaynaqları, "yaşıl enerji" texnologiyalarının tətbiqi və onun gələcək perspektivləri haqqında keçirilən seminarlarda iştirak ediblər. 

 

Məruzələr canlı və virtual olmaqla bu sahədə mütəxəssisləşmiş beynəlxalq ekspertlərin iştirakı ilə aparılıb. Musiqili axşam yeməyinin də daxil olduğu maarifləndirici, eyni zamanda əyləncəli yay məktəbinin yekununda tələbələrə sertifikatlar təqdim olunub.

Xəbər lenti