Logo

"Fizika İstedad Yarışması" olimpiadası keçirilib

27.07.2021 09:06 676 baxış
IMG

Bakı Ali Neft Məktəbi və ADA Universitetinin müvafiq olaraq “Physics Club” və “Science Club” klublarının birgə əməkdaşlığı, oxuyan.az platformasının və “Dərs Evi” tədris mərkəzinin dəstəyi ilə həyata keçirilən "Fizika İstedad Yarışması" olimpiadasının yarış mərhələsi yekunlaşıb.

 

Layihə ümumilikdə 2 mərhələdən ibarət olub. Olimpiadada Respublikanın bütün rayon və şəhərlərindən olan 7 və 8-ci sinif fizika həvəskarı olan şagirdlər iştirak edib. 


Olimpiadanın keçirilməsində məqsəd ölkəmizin müxtəlif guşələrindən olan istedadlı gəncləri üzə çıxarmaq, dəstəkləmək və ən əsası ölkənin ən qabaqcıl 2 universitetinin onları hər zaman dəstəklədiyini hiss etdirməkdir.  Birinci tur iyulun 1-də yalnız qapalı suallardan ibarət test formatında oxuyan.az platforması üzərindən keçirilib. İyulun 18-də keçirilən final turunda  31 nəfər 8-ci sinif və 31 nəfər 7-ci sinif fizika həvəskarları qalib olmaq üçün zoom platforması üzərində mübarizə aparıblar. 


Qaliblər qısa zamanda məlum olacaq. Rəsmi mükafatlandırma mərasiminin  2021/2022 tədris ilinin əvvəlində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti