Logo

ADPU təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir

27.07.2021 09:43 4397 baxış
IMG

Təhsil Nazirliyi Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə birgə 2021/2022-ci tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu elan edir.

 

ADPU-dan bildirilib ki, sənəd qəbulu təkrar ali təhsil üzrə ibtidai sinif müəllimliyi (əyani - rus bölməsi), məktəbəqədər təhsil (əyani - rus bölməsi), yenidənhazırlanma təhsili üzrə musiqi müəllimliyi (əyani - Azərbaycan bölməsi), təsviri incəsənət müəllimliyi (əyani - Azərbaycan bölməsi) ixtisaslar üzrə aparılır.

 

Müraciət etmək üçün sənədlərin qəbulu avqustun 26-dək davam edəcək.

Xəbər lenti