Logo

"Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021”

27.07.2021 11:16 503 baxış
IMG

2021-ci il 20-21 oktyabr tarixində Azərbaycan  Memarlıq və İnşaat Universitetində “Memarlıq və inşaatda enerjiqoruyucu innovasiyalar ESİAC2021” mövzusunda Beynəlxalq elmi-praktik  konfrans  keçiriləcək.


Tehsil.biz xəbər verir ki, konfrans memarlıq və inşaatda enerji səmərəliliyi, enerjiqoruyucu innovasiyaların idarəetmə sistemləri, “ağıllı” texnologiyalar, eləcə də ekoloji monitorinqin informasiya sistemləri ilə əlaqəli olan geniş mühəndislik sahələrini əhatə edir.


Konfransda yerli Universitet və təşkilatlarla bərabər, bir sıra xarici ölkələrdən (Türkiyə, ABŞ, Norveç, Danimarka, İspaniya və s.) Universitet və təşkilatların nümayəndələrinin də iştirakı gözlənilir. Konfransa təqdim olunmuş materiallardan seçilmiş məqalələr (4–8 səh.) müvafiq araşdırmalardan sonra yerli və beynəlxalq jurnallarda dərc olunacaq.


Müvafiq qaydalara uyğun olaraq elmi komitə tərəfindən seçilmiş məqalələrin beynəlxalq elmi bazalar olan “Web of science” və “Scopus” kimi bazalarda indeksləşməsi gözlənilir.

 

Konfrans materiallarını [email protected] ünvanına göndərmək olar.

Xəbər lenti