SABAH qrupları Bakı Dövlət Universitetinin III kurs Hüquqşünaslıq ixtisasının üç tələbəsi- Sadiq Hacılı (xəzinədar), Rəhim Abasov (Tələbə Təcrübə Mübadilə Proqramı üzrə vitse-prezident), Cavid Rəhimli (baş katib) Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Azərbaycan İctimai Birliyində (ELSA Azerbaijan- European Law Students Association Azerbaijan) 25 iyul 2021-ci il tarixində keçirilən seçkilərdə qalib gələrək 2021/2022-ci illər fəaliyyət dövrü üçün Milli İdarə Heyətinə üzv seçilmişdirlər.
Məlumat üçün bildirək ki, Avropa Hüquqşünas Tələbələr Assosiasiyası Avropanın 44 ölkəsində 350-dən çox universiteti və 54500-dən çox hüquq tələbəsini özündə birləşdirən dünyanın ən böyük hüquq tələbələri təşkilatıdır. Qeyd edək ki,bu təşkilatın əsası 1981-ci il 4 may tarixində Avstriyanın Vyana şəhəsində, Avstriya, Macarıstan, Polşa və Qərbi Almaniyadan olan 5 hüquq tələbəsi tərəfindən qoyulmuşdur. ELSA-ın Azərbaycan nümayəndəliyinin əsası isə 2010-cu ilin iyun ayında qoyulmuşdur.
Ətraflı məlumat üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
https://www.facebook.com/163382417026042/posts/4546930145337892/?d=n
https://www.instagram.com/p/CRyUH3NDLAQ/?utm_medium=copy_link