Logo

“Enactus Regionlarda” layihəsinin növbəti təlimlər sessiyası uğurla başa çatıb

27.07.2021 11:52 590 baxış
IMG

Azərbaycan Respublikasının Gənclər Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi və “Enactus Azərbaycan”ın birgə tərəfdaşlığı ilə 24-25 iyulda “Enactus Regionlarda” layihəsinin növbəti təlimlər sessiyası uğurla başa çatmışdır. 

 

Tehsil.biz xəbər verir ki, tədbirin ikinci günü mütəxəssislər tərəfindən keçirilən təlimlər ilə davam etmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini, Ədəbiyyat və dillər kafedrasının baş müəllimi Aysel Şeydayeva tərəfindən həyata keçirilən “Təqdimat və nitq mədəniyyəti” və Asan Xidmət Quba, Vətəndaşların qəbulu işinin təşkili üzrə baş məsləhətçi Xəyyam Şahbazov  tərəfindən “Karyera və Şəxsi İnkişaf” mövzularında baş tutmuş təlimlər sessiyası ilə 2-ci gün uğurla yekunlaşmışdır. 

 

Qeyd edək ki, “Enactus Regionlarda” layihəsi çərçivəsində Azərbaycanın fərqli bölgələrinə səfərlər edilərək, regionlarda yaşayan gənclərə sahibkarlıq bilik və bacarıqları aşılanacaq, onların regionların inkişafına töhfə verməsinə zəmin yaratmağa çalışılacaqdır.

Xəbər lenti