Logo

UFAZ-da ABŞ-ın Oklahoma Universitetinin nümayəndələri ilə görüş keçirilib

27.07.2021 12:44 547 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan Fransız Universitetində (UFAZ) ABŞ-ın Oklahoma Universitetinin Neft və Geologiya Məktəbinin direktoru Runar Niqard ilə görüş olub.

 

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Rafiq Camalov, ADNSU nəzdində “Neftin, qazın geotexnoloji problemləri və kimya” Elmi-Tədqiqat İnstitutunun direktoru Rauf Əliyarov, Neft və qaz mühəndisliyi fakültəsinin dekanı Elman İsgəndərov, UFAZ-ın icraçı direktoru Vazeh Əskərov, Təhsil departamentinin rəhbəri Lətifə Nəsibova, ABŞ-ın Azərbaycandakı səfirliyinin təhsil işləri üzrə mütəxəssisi Raminə Mürşüdova iştirak ediblər.

 

Vazeh Əskərov ADNSU və Azərbaycan Fransız Universiteti barədə məlumat verib, UFAZ-ın tədris şəraitindən danışıb.

 

Gəncə Dövlət Aqrar Universiteti ilə Oklahoma Universiteti arasında akademik əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycana gəldiyini bildirən Runar Niqard bu istiqamətdə UFAZ təcrübəsinin onlar üçün faydalı olacağını deyib.

 

Görüşdə Oklahoma Universiteti ilə ADNSU arasında gələcək əməkdaşlıq perspektivləri də müzakirə olunub.

Xəbər lenti