Logo

Lisey şagirdinin ölümü ilə bağlı 5 nəfər həbs edilib

27.07.2021 13:51 627 baxış
IMG

Ankarada lisey şagirdi 17 yaşlı qız Qəmzə Açarın ölümü ilə bağlı 5 nəfər həbs edilib.


Qəmzə iş görüşməsi üçün getdiyi otelin 5-ci mərtəbəsindən düşərək həyatını itirib. İddialara görə, şübhəlilər şagirdə təcavüz edib. O isə eyvana çıxaraq qışqırıb və kömək istəyib. Bunu görən şübhəlilər onu eyvandan atıblar.

 

Araşdırma nəticəsində məlum olub ki, cinayətkarlar təcavüz etməzdən əvvəl yeniyetməyə narkotik vasitə təklif ediblər. Qız isə bundan imtina edib.


Axtarışlar zamanı qızın çantasından narkotik vasitə tapılıb. Məlum olub ki, cinayətkarlar narkotik vasitəni qızın çantasına bilərəkdən qoyaraq polisdə yalnış fikir formalaşdırmağa çalışıblar.

Xəbər lenti