Logo

Ekspert: "Əlacsızlıq, əldə diplom, işsiz qalan gənc..."

27.07.2021 14:25 634 baxış
IMG

"Mən ali təhsilli insanların sayının artırılmasına tərəfdaram. Amma bunu təkrar və o qədər də ehtiyac olmayan ixtisaslar üzrə plan yerlərinin artırılması, bütün təhsil müəssisələrində təkrar ixtisaslar üzrə qəbul aparılması hesabına həyata keçirilməsi tərəfdarı deyiləm".

 

Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

 

Ekspert bildirib ki, bu il misal üçün, I ixtisas qrupu üzrə İnformasiya təhlükəsizliyi, III ixtisas qrupu üzrə Dövlət və İctimai münasibətlər ixtisasını bütün özəl universitetlərdə açmaqla, plan yeri artırılmamalıdır:

 

"Bəli, III ixtisas qrupunda abituriyent sayı çox, plan yeri azdır, bu ixtisas qrupunda hətta başqa qrupda 150 ballıq ixtisasları da əlavə etsən, abituriyent əlacsızlıqdan onu seçəcək. Təki çöldə qalmasın. 
Bəs 4 il sonra nə baş verir? Əlində diplom, işsiz qalan gənc..."

 

K.Əsədovun sözlərinə görə, biz əmək bazarında baş verən dəyişiklikləri, yenilikləri izləməliyik:

 

"Ehtiyac olmayan ixtisaslar üzrə qəbul aparılmamalıdır. Kifayət qədər yeni ixtisaslara ehtiyac var. Dünya yenilənib. Artıq 4 il sonra əmək bazarında ehtiyac olacaq ixtisaslardan bizim universitetlərin xəbəri belə yoxdur".

 

Fəqan Əzimli

Xəbər lenti