Logo

"2019-2023 Dövlət Proqramı" doktorantının vebinarı

27.07.2021 17:38 376 baxış
IMG

“R proqramında bağırsaq xərçəngi xəstələrinə məxsus gen ekspressiyası informasiyasının analizi və Databazalarla tanışlıq” adlı vebinar

 

“2019-2023 Dövlət Proqramı” çərçivəsində  Essex Universitetində Molekulyar Tibb ixtisası üzrə doktorantura təhsili alan Aygün Azadova 8 iyul 2021-ci il tarixində Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən vebinarda spiker qismində iştirak etmişdir.

 

Vebinarda aşağıdakı mövzulara toxunulmuşdur:

 

- Verilənlər elmi (Data Science) nədir və tədqiqatçılar üçün əhəmiyyəti

 

- Yeni Nəsil Sekvensləmə, DNT Mikroarray və ya DNT - CHİP texnologiyası

 

- Gene Expression Omnibus (GEO) data bazası və EnrichR veb alətində gen ekspressiyası, Gen Ontologiyası və KEGG analizi

 

- R proqramlaşdırma nədir, R-da ilkin əməliyyatlar, müxtəlif data strukturu ilə tanışlıq

 

- Bağırsaq xərçəngi xəstələrinə məxsus gen ekpressiyası informasıiyasının R - da kompleks analizi və vizuallaşdırılması (heatmap, vulcano plot)

 

Görüşün sonunda tələbələrə vebinarda təqdim edilən mövzuları əhatə edən təlimat kitabçası təqdim edilmişdir. Təlimat kitabçasını əldə etmək istəyən şəxslər vebinarın təşkilatçısı Xəzər Universitetinin “Həyat Elmləri” departamentinin müdiri Asəf Ömərovla [email protected] və ya vebinarın spikeri Aygün Azadova [email protected] ilə əlaqə yarada bilərlər.

Xəbər lenti