Logo

Rektor Neft Mühəndisləri Cəmiyyətinin komandaları ilə görüşüb

27.07.2021 18:17 353 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin BANM fəslinin komandaları ilə görüşüb. Görüş onlayn formatda ZOOM platforması üzərindən keçirilib.

 

Görüşü açılış nitqi ilə başlayan rektor BANM-in yürütdüyü uğurlu sosial siyasətdən bəhs edib və ötən dövr məzunlarının müvəffəqiyyətlərindən danışıb. Daha sonra rektor komandaların əvvəlki heyətlərinin uğurlarından məmnunluğunu bildirib və yeni heyətlə tanış olub. 


Rektor Elmar Qasımov tələbələrin aktiv ictimai fəaliyyətinin onların şəxsi inkişafında və yeni bacarıqlara yiyələnmələrində çox önəmli olduğunu vurğulayıb. Daha sonra BANM NMC-nin (SPE BHOS) əvvəlki sədri Rəşad Əhmədov rektora görüşə görə təşəkkürünü bildirib, komandaya sədrliyi dövründə qazandıqları uğurlardan bəhs edib. Görüşün davamında yeni heyət üzvləri hər biri özünü təqdim edib və yekunda yeni seçilmiş sədr Taliyə Məmmədhəsənzadə yeni fəaliyyət planı haqda məlumat verib. Nəzərdə tutulan layihələrlə bağlı görüş iştirakçılarını məlumatlandırıb. 


Sonra çıxış edən Elmar Qasımov tələbələrə bu istiqamətdə olan fəaliyyətlərində uğurlar diləyib və hər zaman onları bu işdə dəstəkləyəcəyini bildirib.

 

Yekunda ötən dövr üzrə çalışmış komanda üzvlərinə rəsmi Təşəkkürnamələrin hazırlanması barədə göstəriş verib.

Xəbər lenti